Rusiya ordusu ötən gecə Ukraynaya 32 qanadlı raket atıb

A- A A+

Rusiya ordusu fevralın 15-dən 16-na keçən gecə Ukraynaya 32 qanadlı raket atıb.

NUHÇIXAN İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri yayıb.

Qeyd edilib ki, Rusiya gecə saatlarında Ukraynaya 12 "Х-101/Х-555” qanadlı raket, 8 “Kalibr”, 12 “X-22” qanadlı raket, 2 “X-59” idarəedilən aviasiya raketi buraxıb.

Bildirilib ki, 14 “Х-101/Х-555”, bir “Kalibr” və 2 “Х-59” məhv edilib. Raketlərin qalan hissəsi isə Ukraynanın əhəmiyyətli infrastrukturuna düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: