Misirin Ayn-Şəms Universitetinin arxeoloji missiyası Qahirə şəhərinin yaxınlığında yerləşən məbəd kompleksində qazıntıları başa çatdırıb.
NUHÇIXAN xəbər verir ki, kompleks ötən il aşkarlanıb. Mütəxəssislər kompleksin firon II Ramzesə məxsus olduğunu və onun hakimiyyəti dövründə mühüm mərasimlərin keçirilməsi üçün istifadə edildiyini müəyyənləşdiriblər. Alimlərin fikrincə, bu mərasimlər fironlar sülaləsi hakimiyyətinin bütün dövrlərində burada keçirilib.
Bildirilir ki, arxeoloqlar tərəfindən əsas mərasim zalının xarabalıqları arasında taxt-tacın qalıqları, eləcə də üzərində ieroqlif mətnlər cızılmış daş kolleksiyası, gildən hazırlanmış qablar, həmayillər və “böcəklər” aşkarlanıb.