Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan axtarışa verilib.
NUHÇIXAN İnformasiya Agentliyi "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan bildirilib.
Qeyd olunub ki, o, hərbi qulluqçu olmayan və hərbi qeydiyyatda olmayan şəxslərə mənzillər ayırmaqda ittiham olunur.
Xatırladaq ki, məhkəmə Vigen Sarkisyan barəsində qiyabi həbs qərarı çıxarıb.