Türkiyədə baş vermiş zəlzələ NATO-nun qurulduğu dövrdən bu yana alyansa üzv ölkələrin ərazisində qeydə alınan ən qorxunc və ölümcül fəlakətdir.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, NATO-ya üzv bütün ölkələrdə Türkiyəyə milyonlarla avro yardım göstərilməsini hədəfləyən kampaniyalar təşkil olunur. Yens Stoltenberq bunu həmrəyliyin rəmzi kimi dəyərləndirib.