Stortinq (Norveç parlamenti) yaxın beş il ərzində Oslonun Ukraynaya dəstək üçün 7,4 milyard dollar ayıracağını elan edib.
NUHÇIXAN İnformasiya Agentliyi Associated Press agentliyinə istinadla xəbər verir ki, ayrılan vəsait hərbi və humanitar yardıma yönəldiləcək. Kiyevə beş il müddətində hər il 1,5 milyard dollar veriləcək.
Qanuna parlamentdə yalnız səkkiz mandata malik Norveç sosialistləri səs verməyib. Halbuki hökumət parlamentdə çoxluğa malik olmadığı üçün deputatların layihəni təqdim edilən formada təsdiqləyəcəyinə şübhə ilə yanaşılırdı.