BMT: Rusiyanı təşkilatdan çıxarmaq çağırışları Ukraynada sülhə kömək etmir

A- A A+

Rusiyanın BMT-dən çıxarılması çağırışları Ukraynada sülhün əldə olunmasına kömək etmir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu təşkilatın Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“Biz inanmırıq ki, ölkələrin BMT-dən kənarlaşdırılması uzunmüddətli sülh axtarışına kömək edir”, - deyə BMT nümayəndəsi qeyd edib.

O vurğulayıb ki, bu, təşkilatın prinsipial mövqeyidir.

Ukrayna hakimiyyəti dəfələrlə Rusiyanın BMT-dən çıxarılmasını istəyib. O cümlədən, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq qalmaq və bütövlükdə təşkilatda fəaliyyətini davam etdirmək hüququna malik olmadığına diqqət çəkib.

Ötən ilin sonunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Moskvanı beynəlxalq hüququ pozmaqda ittiham edərək, Rusiyanın BMT Təhlükəsizlik Şurasına üzvlüyünü dayandırmaq üçün mexanizm yaratmağa çağırıb. Eyni zamanda, o etiraf edib ki, hazırda Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmaq mümkün deyil, çünki bu addım təşkilatın təhlükəsizlik konsepsiyasının özünü dalana aparacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: