Rusiyanın müvəqqəti işğalı altında olan Ukraynanın Luqansk vilayətinə İrandan PUA-ların idarə edilməsi ilə bağlı yeni təlimatçı qrup gəlib.
NUHÇIXAN İnformasiya Agentliyi “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bu qrup İran istehsalı olan “Shahed 191” və “Shahed 129” yeni tip dronların idarə edilməsinin təlimini keçəcək.