İranın şəhərlərini yenidən etiraz aksiyaları bürüyüb

A- A A+

Fevralın 16-da gecə saatlarında İranın paytaxtı Tehran və digər şəhərlərdə geniş etiraz aksiyaları keçirilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Fevralın 17-də davam edən etiraz aksiyaları ötən ilin sentyabrında nümayişlərdə iştirak etmiş Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyninin edam edilməsinin 40-cı günü ilə əlaqədar təşkil edilib. Agentliyin xəbərində bildirilir ki, Tehranın bir neçə məhəlləsində, eləcə də Xuzistan əyalətinin Kərəc, İsfahan, Qəzvin, Rəşt, Ərak, Məşhəd, Sənəndəc, Qorvə və İzeh şəhərlərində gecə boyu davam edən nümayişlərdə İran rejiminin əleyhinə şüarlar səsləndirilib.

İranın şimal-şərqində yerləşən şiələrin müqəddəs Məşhəd şəhərində çəkildiyi iddia edilən onlayn videoda nümayişçilərin əllərində “Şəhid qardaşım, sənin qanının qisasını alacağıq” şüarları tutduqları bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: