FAO: Zəlzələlərdən sonra Türkiyədəki fermerlərin 25 milyon dollar yardıma ehtiyacı var

A- A A+

Türkiyədəki dağıdıcı zəlzələlərdən sonra kənd yerlərində yaşayan təxminən 900 min insanın qarşıdakı üç ayda 25 milyon dollar yardıma ehtiyacı var.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə mərkəzi qərargahı Romada yerləşən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

Bildirilib ki, Türkiyə və Suriyada böyük dağıntılara səbəb olan zəlzələlərdən sonra FAO kənd yerlərindəki zərərçəkmiş şəxsləri müəyyənləşdirib, insanların ehtiyacları istiqamətində fəaliyyətlərini genişləndirib. Həm Türkiyədə, həm də Suriyada FAO-nun prioriteti ən çox zərərçəkmiş kənd yerlərinin ərzaq istehsalını davam etdirə bilməsini təmin etmək, kənd təsərrüfatına dəyən zərərin və ehtiyacların daha geniş perspektivdən qiymətləndirilməsini dəstəkləməkdir. Hər iki ölkədə fəaliyyət 1-3 ay müddətində heyvan yemi, toxum, gübrə, yanacaq, avadanlıq, baytarlıq xidmətləri və qeyd-şərtsiz nağd pul köçürməsi kimi kənd təsərrüfatı məhsullarının təmin edilməsinə yönələcək. Suriyada isə 300 min insanın 10 milyon dollar kənd təsərrüfatı dəstəyinə ehtiyacı olduğu qeyd edilib.

FAO-nun baş direktoru Qu Donqyu tviter hesabında bununla bağlı bildirib: “İndi qlobal həmrəylik və səxavət nümayiş etdirmək vaxtıdır. Biz Türkiyə və Suriyanı indi dəstəkləməliyik ki, zəlzələdən təsirlənən kənd icmaları qida istehsalını yaxşılaşdıra və davam etdirə bilsin. FAO kənd təsərrüfatı sektorunun dəyən zərəri qiymətləndirmək üçün rəsmilərlə birgə fəaliyyətini davam etdirəcək”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: