Suriyada İŞİD-in hücumu nəticəsində 50-dən çox insan ölüb

A- A A+

Suriyanın şərqində yerləşən Homs əyalətində İŞİD terror qruplaşmasının silahlılarının hücumu zamanı 50-dən çox insan həlak olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə cümə günü Suriyanın Əl-Əxbariyyə telekanalı məlumat yayıb.

“İŞİD terrorçularının Homs vilayətinin şərqindəki Əl-Suxna şəhərinin cənub-şərqində həyata keçirdikləri hücum nəticəsində 50-dən çox vətəndaş həlak olub” – deyə məlumatda bildirilib.

Suriyanın Radio və Televiziya Baş İdarəsi isə 53 insanın öldürüldüyü barədə məlumat verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: