Rusiyanın Stavropol vilayətində “Şimali Qafqaz – Zaqafqaziya” magistral qaz kəmərinin bağlanması səbəbindən Ermənistana təbii qaz idxalı xeyli azalıb.
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadla xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" şirkəti məlumat yayıb.
“Stavropol diyarında yaranan problem səbəbindən “Şimali Qafqaz - Zaqafqaziya” tranzit magistral qaz kəməri qismən bağlanıb və bununla əlaqədar Ermənistana gündəlik təbii qaz idxalı əhəmiyyətli dərəcədə azalıb”, - məlumatda deyilir.