Ağ ev: "Ukraynada "Vaqner"in 30 mindən çox döyüşçüsü ölüb və ya yaralanıb”

A- A A+

Rusiyanın Ukraynadakı döyüşlərdə iştirak edən “Vaqner” muzdlu hərbi təşkilatının indiyədək 30 mindən çox döyüşçüsü ölüb və ya yaralanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.

Onun sözlərinə görə, “Vaqner”in 9 min silahlısı məhv edilib: “Vaqner” muzdluları arasında ümumi ölümlərin yarısı dekabrın ortalarından bəri davam edən Baxmut döyüşlərində baş verib. Muzdlu qoşunlar Baxmut istiqamətində müəyyən uğur qazana bilərlər. Amma bunun heç bir strateji əhəmiyyəti olmayacaq. Ukrayna qüvvələri Donbasda müdafiə xəttini qoruyacaqlar”.

Qeyd edək ki, Ukrayna hökuməti Baxmut sakinlərini ərazini tərk etməyə çağırıb. Baxmutda gərgin döyüşlərin başlayacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: