Gürcüstan hökuməti Fransanın “Airbus Helicopters” şirkətindən 3 ədəd yeni çoxfunksiyalı helikopter alacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyasından məlumat verilib.
Bildirilib ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə “Airbus Helicopters” şirkətinin icraçı direktoru Bruno İven Münxen konfransı çərçivəsində keçirilən görüşdə bununla bağlı müqavilə imzalayıblar.
Çoxməqsədli helikopter olan “H145” yanğınsöndürmə və dağ-xilasetmə avadanlıqları ilə də tam təchiz ediləcək.