Türkiyədə zəlzələdən 296 saat sonra 3 nəfər xilas edilib - VİDEO
Türkiyənin Hatay şəhərində zəlzələdən 296 saat sonra dağıntılar altından biri uşaq olmaqla üç nəfər xilas edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Onların xəstəxanaya yerləşdirildiyi bildirilib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və on minlərlə itkiyə səbəb olub.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
Türkiyədə zəlzələdən ölənlərin sayı 39 672 nəfərə çatıb.