“Leopard 2” tanklarının istehsalçısı “Krauss-Maffei Wegmann” istehsalı əhəmiyyətli dərəcədə artırmaq üçün hər hansı maneə görmür.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə cümə günü DPA agentliyi şirkətin rəhbəri Ralf Ketselə istinadən məlumat yayıb.
Agentlik Ketselin sözlərini sitat gətirib: “İndiyə qədər heç kim bizə bunun mümkün olmadığına dair siqnal göndərməyib. Bizə aydın siyasi konsensus lazımdır”.
Qeyd edək ki, yanvarın 25-də Almaniya hökuməti Ukraynaya 14 ədəd “Leopard 2” tankı göndərəcəyini və digər ölkələrə bu tankların təkrar ixracına icazə verəcəyini təsdiqləyib. Almaniyanın müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, “Leopard 2” martın sonuna qədər Ukraynaya göndəriləcək.
Almaniya hökuməti fevralın 7-də Kiyevə 178 “Leopard 1A5” tankının göndərilməsini də təsdiqləyib.