Almaniyada Rusiyanın 5,32 milyard avroluq aktivləri dondurulub

A- A A+

Almaniyanın hakimiyyət orqanları Ukrayna müharibəsinin başladığı vaxtdan bəri Rusiyanın 5,32 milyard avroluq aktivlərini dondurub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Die Welt am Sonntag” qəzeti Almaniya Maliyyə Nazirliyinə istinadla məlumat yayıb. Dondurulan vəsaitlərin Avropa İttifaqının sanksiyalar siyahısındakı fiziki şəxslərə və kompaniyalara, həmçinin Rusiyanın Mərkəzi Bankına aid olduğu bildirilir.

Avropa Komissiyasının məlumatına görə, Aİ ölkələrində Rusiya Mərkəzi Bankına məxsus 300 milyard və rusiyalı biznesmenlərə məxsus 20 milyard avroluq aktivlər dondurulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: