Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Avstraliyanın Sidney şəhərində keçirilən konfransındakı çıxışında milyarder Corc Sorosu “təhlükəli adam” adlandırıb.
NUHÇIXAN İnformasiya Agentliyi Reuters agentliyinə istinadla xəbər verir ki, hindistanlı nazir bildirib ki, dünyanın demokratiya ilə bağlı müzakirələrə ehtiyacı var. O, milyarder Corc Sorosu çətin müstəmləkəçilik yolu qət etmiş Hindistanı tanımadığı halda, yanlış şərhlərinə görə sərt tənqid edərək onu “qoca, varlı, təkəbbürlü və təhlükəli” adlandırıb.
Qeyd edək ki, milyarder Soros cümə axşamı Münxen Təhlükəsizlik Konfransı ərəfəsində etdiyi çıxışda Hindistanın Baş naziri Narendra Modinin demokrat olmadığını iddia edib. Onun bu sözlərinə cavab verən xarici işlər naziri Caişankar deyib: “Soros qoca, zəngin, təkəbbürlü və təhlükəlidir. Bu cür insanların fikirləri səhvdir və onların yaratdığı təşkilatlar, əslində, povestlər yazanlara investisiya yatırmalıdırlar”.
Hindistanda seçicilərin öz rəhbərini seçdiklərini bildirən nazir əlavə edib: “Başqalarının ölkəni necə idarə edəcəyimizə müdaxiləsi bizi narahat edir. Biz müstəmləkəçilikdən keçmiş bir ölkəyik, kənar müdaxilə olduqda, baş verən təhlükələri bilirik".