ABŞ Konqresinin Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosi “F-16” qırıcı-bombardmançı təyyarələrinin Ukraynaya verilməsinin tərəfdarı olduğunu bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Nensi Pelosi bu barədə fikrini Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı söyləyib. O deyib ki, 2022-ci il ərzində ABŞ qanunvericiləri ardıcıl olaraq Ukraynanın hərbi dəstək ehtiyacını yerinə yetirmək üçün çalışıblar. İndi biz “F-16”nın göndərilməsinə nail olmaq istəyirik. Hələ qərar verilməyib, lakin bu məsələ birinci dərəcəli əhəmiyyət kəsb edir.