Türkiyədə zəlzələdə ölənlərin sayı 40 689 nəfərə yüksəlib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer deyib.
Onun sözlərinə görə, təbii fəlakətin baş verdiyi şəhərlərin böyük qismində axtarış-xilasetmə işləri başa çatıb.