AFAD: "Fevralın 6-dakı zəlzələnin dağıdıcılığı 11 bal olub

A- A A+

“Fevralın 6-da yaşadığımız zəlzələnin şiddəti 11 bal olub. Yəni bizim tam dağıntı kimi tərif etdiyimiz 12 baldan öncəki səviyyə. 6-7 maqnitudalı ikinci zəlzələnin şiddəti isə 10-a bərabər olub”.

NUHÇIXAN İnformasiya Agentliyi “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Risk azaltma şöbəsinin rəhbəri Orhan Tatar brifinqdə bildirib.

Qeyd edək ki, Merkalli şkalası (MM) və Medvedev-Şponhoyer-Karnik (MSK) bu gün istifadə edilən əsas şiddət şkalalarıdır. Bu şkalalara görə, şiddəti V və daha kiçik olan zəlzələlər ümumiyyətlə tikililərə ziyan vurmur. VI-XII arası intensivliklər zəlzələlərin vurduğu zərər və qırılma, yarılma, sürüşmə kimi tapıntılar əsasında qiymətləndirilir.

Zəlzələ baş verdikdə seysmoloji mərkəzlərin elan etdiyi qiymətlərə görə yalnız onun maqnitudası ifadə edilə bilər. Onun şiddəti zəlzələdən sonra, zərər çəkmiş ərazilərdə yaratdığı fəsadlara uyğun olaraq müəyyən edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: