“Afterşokların sayı 6 040-a çatıb. 4-5 arası 436, 5-6 maqnitudalar arası afterşokların sayı 40 olub. Bir də 6,6 maqnitudalı təkan olub”.
NUHÇIXAN İnformasiya Agentliyi “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Risk azaltma şöbəsinin rəhbəri Orhan Tatar bildirib.
Onun sözlərinə görə, il ərzində 4 ayda qeydə alınan zəlzələlərin sayı son 13 günə sığıb.