“Luvr Əbu-Dabi” muzeyi yeni şedevrlər təqdim edəcək - FOTOLAR
2018-ci il oktyabrın sonunda “Luvr Əbu-Dabi” muzeyi əldə etdiyi və müvəqqəti nümayiş üçün gətirdiyi yeni nadir eksponatları ziyarətçilərə təqdim edəcək.
NUHÇIXAN “Aviamost.ae” saytına istinadla xəbər verir ki, onların arasında Məmlüklər dövrünə aid Misir xalçası, Osmanlı imperiyası zamanından qalmış döyüş vasitələri- zirehlər və fransız krallarının sarayında 1482-1494-cü illərdə toxunulmuş “Habsburqlar xanədanından Maksimilanın - Brabant hersoqunun ov səhnələri” adlı dörd valehedici qobelen var. Yeni və müasir incəsənət qalereyasında kompozisiya dəyşikliyi yeni eksponatları, o cümlədən Vinsent Van Qoq, Klod Mone, Fransis Pikabia, Anri Mattis və Man Rey kimi görkəmli sənətkarların əsərlərini nümayiş etdirməyə imkan verir.
Yaqut, zümrüd və dağ büllurları
“Luvr Əbu-Dabi” əldə etdiyi 11 daimi və 40 müvəqqəti eksponatı il ərzində öz qalereyalarında nümayiş etdirəcək. Muzeyin 657 eksponatına əlavə olunacaq bu yeni kolleksiyada dünyanın qədim və müasir incəsənət şedevrləri var.
Muzeyin daimi kolleksiyasına aşağıdakı eksponatlar daxildir:
Hazırda Parisdəki “Luvr” muzeyində sərgilənən Fransalı Bernard van Orleyin (1665-1674) orijinal tablosunun motivləri əsasında Habsburq məhkəməsinin sifarişi ilə hazırlanan “Maksimilianın ovu” səhnələrinin təsviri olan dörd qobelen;
Xidzen əyalətinin feodal hökmdarı Saqa xanın 4-cü vassalı Nabesimin daraqları ilə bəzədilmiş yapon samurayının zirehi (XVIII əsr). Zireh məşhur usta Miyata Katsuada (1707-1730) tərəfindən hazırlanıb;
Osmanlı imperiyası dövrünün hicab formasında dəbilqəsinə bənzəyən Monqolustan və Çindən gətirilən nadir konusşəkilli dəbilqə (XIII-XIV əsrlər);
Simurq başı təsvir olunmuş Çinin Tan sülaləsinə (VIII əsr) məxsus olan və ağ gildən hazırlanmış üçrəngli səhəng;
Dağ büllurundan hazırlanmış və üzərində daş-qaşla bəzədilmiş Hindistan tutuquşusu olan (1600-cü il) mərasim bıçağı. Bu bıçaq həm zərgərlik məmulatı, həm də silahdır;
XVIII əsrə aid daş-qaşla bəzədilən Hindistan katarı (xəncəri). Xəncərin qınının üzərində 481 yaqut və 100 zümrüd var. Bu silahı sarayda var-dövlət və güc rəmzi kimi gəzdirirdilər.
Yaxın Şərq regionundan gətirilən eksponatların siyahısı:
Misir və Suriyadan gətirilən XIV-XV əsrlərə aid heraldik zanbaqlarla bəzədilmiş nadir albarello (əczaçı qabı). Bu qab dərmanların və ətriyyatın saxlanılması üçün istifadə olunub və Çinin Yuan sülaləsi zamanının keramika sənətinin (1268-1644) təsiri ilə Məmlüklər dövründə Suriya və Misirdə hazırlanıb;
Misirdən gətirilən XV əsrin sonlarına aid üç medalyonlu xalça. Bu xalça Qahirə sarayının nadir əl işlərindən sayılır və taxta məmulatlar və mücrülərin üzərində rast gəlinən o zamanın Mavritaniya naxışları ilə işlənib;
Osmanlı imperiyası dövrünə aid (XV-XVI əsrlər) nadir at zirehi. Bu, həmin dövrdən qalmış 20 zirehdən biridir;
Misir və Suriyadan gətirilən və Məmlüklər dövrünə aid (XIII əsrin sonu-XIV əsr) olan kasa. Bu kasa erkən metal məmulatların nümunəsi və İslam incəsənətinin ən qiymətli incilərindən biri kimi məmlük sərkərdəsi Əhməd ibn əl-Cundinin sifarişi ilə hazırlanıb.
Van Qoq, Mone və ərəb qlobusu
“Luvr Əbu-Dabi” muzeyinin direktoru Manuel Rabate deyib: “Biz bu ay qalereyalarımızda yeni incəsənət şedevrlərini qürur hissi ilə təqdim edəcəyik. “Luvr Əbu-Dabi” fəxr edir ki, öz kolleksiyasına 11 möhtəşəm eksponat daxil edib. Kolleksiyanın yaradılması tədrici və diqqət tələb edən nadir əsərlərin toplanması prosesidir. Ümidvarıq ki, ziyarətçilər də bizim kimi onlardan zövq alacaqlar. Müvəqqəti eksponatlar təqdim edən fransız və regional tərəfdaşlarımız dünya səviyyəli kolleksiyanın yaradılması işinə öz töhfələrini verirlər. Bir il ərzində onların təqdim etdikləri eksponatlar da nümayiş olunacaq”.
On üç fransız muzeyi və regional tərəfdaşların təqdim etdikləri şedevrlər “Luvr Əbu-Dabi”nin daimi kolleksiyasında olan 300 eksponatla birlikdə sərgilənəcək. Daimi qalereyaların yekun eksponatları sırasına klassik və müasir sənətkarların əsərləri də daxildir: Emil Bernarın “Siqaret çəkən qadın”, Vinsent Van Qoqun “Arllda rəqs salonu”, Klod Monenin “Madam Lui İoahim Qodiber”, Fransis Pikabianın “Heyvan təlimçisi”, Man Reyin “İntihar” və Anri Mattisin “Qara fonda mütaliə edən qadın” tabloları bu qəbildəndir. Yeni, müvəqqəti sərgilənən eksponatlara isə Jozef Avedin “Türkiyə elçisi Məhməd Səid paşanın portreti” (1742), Cəmaləddin Məhəmməd ibn Məhəmməd əl Həkimi əl Məkinin “Ulduzlu səmanın ərəb qlobusu” (1573) əsərləri daxildir. Jan-Mişel Baskianın “Cabra” əsəri isə (1981-82) Əbu-Dabidəki Quttenxaym muzeyindən gətirilib.
“Luvr Əbu-Dabi” uşaq muzeyi də “Luvr”dan gətirilən iki eksponat nümayiş etdirəcək. Müvəqqəti eksponatlar uşaq muzeyinin təşkil etdiyi və 2019-cu il iyulun 19-dək davam edəcək “Heyvanlar aləmi: Reallıqdan təxəyyülədək” adlı yeni sərgi çərçivəsində təqdim olunacaq. Sərgidə tarixin müxtəlif dövrlərində və ayrı-ayrı regionlarda heyvanların necə göründüyü haqqında məlumatlar veriləcək.
Muzeyşünaslığın və Ərəbistan xəzinəsinin gələcəyi
Qeyd edək ki, “Luvr Əbu-Dabi” Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Fransa arasında 13 fransız muzeyi ilə 10 il müddətinə əməkdaşlığı nəzərdə tutan hökumətlərarası saziş əsasında yaradılıb. Sənəd çərçivəsində BƏƏ və Fransanın mədəniyyət departamentlərinin rəhbərləri arasında “Luvr Əbu-Dabi”yə eksponatlar göndərilməsi üçün xüsusi komitə təsis olunub. Bu, muzeyə daimi sərgisini mütəmadi olaraq yeniləmək, həmçinin fəaliyyətini beynəlxalq standartlar səviyyəsində təşkil etmək və ziyarətçilərə hər yeni mövsümdə unikal eksponatlar təqdim etmək imkanı yaradır.
“Luvr Əbu-Dabi”nin daimi qalereyalarında muzeyin ilk yubileyi ərəfəsində yeni ekspozisiyalar, həmçinin qloballaşma dövründə muzeyşünaslıq işinin perspektivlərinə həsr olunan “Muzeydə dünyalar” simpoziumu təşkil olunacaq.