Şimali Koreya liderinin bacısından ABŞ-a xəbərdarlıq: Müvafiq tədbirlər görəcəyik

A- A A+

Şimali Koreya liderinin bacısı, İşçi Partiyası Mərkəzi Komitəsinin departament rəhbərinin müavini Kim Yo Çjon ABŞ-ın Koreya yarımadasındakı hərəkətlərinə cavab veriləcəyi barədə xəbərdarlıq edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

“Sakit okeandan atış poliqonumuz kimi istifadə tezliyi ABŞ-dan asılıdır”, – deyə o bildirib.

Onun sözlərinə görə, Pxenyan son vaxtlar Koreya yarımadasında Amerikanın strateji zərbə silahlarının hərəkətinin fəallaşdığını müşahidə edir.

"Biz bunun dövlətimizin təhlükəsizliyinə təsirini diqqətlə öyrənirik. Əgər bu, hər hansı birbaşa və ya dolayı təhdid kimi qiymətləndirilərsə, müvafiq tədbirlər görəcəyik", - deyə Şimali Koreya liderinin bacısı qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: