Neyron şəbəkə yeni ətir qoxuları yaradacaq

A- A A+

“IBM Research” tədqiqat təşkilatının alimləri “Symrise” ətriyyat istehsalçısı ilə birgə yeni ətir qoxuları yaratmağa kömək edəcək “Philyra” süni intellektini yaradıblar. NUHÇIXAN “Life” resursuna istinadən yazır ki, məlumata görə, neyroşəbəkələr tərəfindən insan üçün təhlükəsiz ətirlərin seçilməsində  istifadə edilən maddələrin tərkibi analiz ediləcək. Bundan başqa, onlar mövcud ətir iyləri əsasında yenilərini yaradacaqlar: əvvəllər təsadüf edilməyən uyğun qoxular seçiləcək. Alqoritmlər artıq 1,7 milyon iyi yadda saxlayıb. Qeyd olunur ki, süni intellekt yeni ətirləri müstəqil yaratmayacaq. Belə ki, o, ətriyyat şirkətinə kömək edərək onun tədqiqatlarının daha dəqiq aparılmasına şərait yaradacaq. “Philyra” şirkəti ilə birgə yaradılan ilk ətirlərin 2019-cu ildə buraxılacağı gözlənilir. Ətirlərin alıcısı qismində Braziliyanın “O Boticário” ətriyyat şirkətinin çıxış edəcəyi bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: