Ermənistanın Azat kəndində hərbi hissədəki yanğın nəticəsində həlak olan hərbçilərin valideynləri hökumət binası qarşısında etiraz aksiyası keçirir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Valideynlərin tələbləri hələ ki, məlum deyil.
Qeyd edək ki, yanvarın 19-da Azat kəndindəki hərbi hissədə yanğın baş verib.
Hadisə nəticəsində 15 hərbçi həlak olub.