Ankara ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan Türkiyə vasitəsilə yan keçilməsinə imkan vermək niyyətində deyil.
NUHÇIXAN İnformasiya Agentliyi TRT Haber telekanalına istinadla xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada ABŞ-nin dövlət katibi Entoni Blinkenlə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
"Biz Rusiyaya qarşı birtərəfli sanksiyalara qoşulmuruq, lakin BMT-nin sanksiyalarını dəstəkləyirik. Həmçinin biz də tədbirlər görürük və vəziyyəti nəzarətdə saxlayırıq ki, ABŞ və Aİ-nin sanksiyalarından Türkiyə üzərindən yan keçilməsi baş verməsin. ABŞ-nin maliyyə naziri Türkiyəyə gəldi, Aİ nümayəndələrindən məlumat alırıq, biz bütün bunları Nazirlər Kabinetinin iclaslarında müzakirə edirik. Tədbirlər görürük və buna yol verməyəcəyik”, - deyə Türkiyə XİN-in başçısı vurğulayıb.