Rusiyanın Kursk vilayətində baş verən yanğında 6 hərbçi həlak olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Kursk vilayətindəki hərbi hissələrdən birində hərbçilərin açıq odun üzərinə benzin tökməsi nəticəsində səhra sığınacağı alovlanıb, altı əsgər ölüb.
Faktla bağlı təhqiqat aparılır.