Ermənistanda ehtiyatda olan hərbçilər üçün təlim-məşq toplanışının keçirilməsi planlaşdırılır.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.
Qeyd olunub ki, hökumətin qərar layihəsinə əsasən təlimlərə 1000-ə yaxın hərbçi cəlb olunacaq. Məqsəd döyüş bacarıqlarını təkmilləşdirməkdir.
Təlimlərin aprelin 15-dən iyunun 15-dək keçirilməsi nəzərdə tutulur.