“Bloomberg”: Ağ ev Rusiya əleyhinə yeni sanksiyalar paketi hazırlayır

A- A A+

Bayden administrasiyası ixracat nəzarəti ilə bağlı yeni tədbirlər və Rusiya əleyhinə sənayenin əsas sahələrinə yönələn yeni sanksiyalar paketini tətbiq etməyi planlaşdırır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Bloomberg News” agentliyi məlumatlı mənbələrə istinadla bildirib.

Məlumatda deyilir ki, yeni sanksiyalar Rusiyanın müdafiə və enerji sektorlarına, maliyyə müəssisələrinə və bir sıra fiziki şəxslərə qarşı yönələcək. Daha sonra bildirilir ki, ABŞ və onun müttəfiqləri Rusiyanın üçüncü ölkələrdən aldığı dəstəyi pozmaqdan ötrü sanksiyalardan yayınma hallarını aradan qaldırmağın mümkünlüyü məsələsini nəzərdən keçirə bilərlər.

Aİ-nin yeni sanksiyalar barədə təklifinə Rusiyaya PUA-lar və digər hərbi texnika, nəqliyyat vasitələri, elektronika və nadir torpaq metalları tədarük etməsi hesab olunan İran təşkilatları da daxildir.

Daha əvvəl bu ay ABŞ Rusiyanın kiberməkanda fəaliyyəti ilə bağlı bu ölkə əleyhinə yeni sanksiyalar tətbiq etmişdi. Sanksiyalar yeddi nəfərə, o cümlədən 6 rusiyalı və 1 Ukrayna vətəndaşına qarşı yönəldilmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: