Suriyada zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb

A- A A+

Suriyanın şimalında yerləşən Hələbdə baş verən zəlzələ nəticəsində azı 6 nəfər xəsarət alıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə SANA agentliyi məlumat yayıb.

Binaların uçması zamanı yaralanan 6 nəfər şəhər xəstəxanasına çatdırılıb.

Hələb səhiyyə idarəsinin rəhbəri Ziyad əl-Hac Tahanın qeyd etdiyi kimi, xəstəxanaya aparılan sakinlərin ciddi xəsarətləri yoxdur.

Yeraltı təkanlar nəticəsində Hələbin bir neçə məhəlləsində binalar uçub.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.

Zəlzələ Livan, Suriya, Kipr və İsraildə də hiss olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: