Fəxrəddin Qoca: Hatayda zəlzələdə yaralanan 294 nəfərdən 18-nin vəziyyəti ağırdır

A- A A+

Türkiyənin Hatay vilayətindən ötən gün baş verən iki güclü (6,4 və 5,8) zəlzələdə yaralanaların sayı artıb. Zəlzələdə yaralanan 294 nəfərdən 18-nin vəziyyəti ağırdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca tviter hesabında məlumat yayıb.

“İlkin tibbi yardımdan sonra yaralılar hava və quru yolu ilə Adana və Dördyol xəstəxanalarına aparılıblar. Bütün rayonlarımızdakı səhra hospitalları yaralılara lazımi xidməti göstərməkdə davam edir”, - deyə səhiyyə naziri bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: