Ukrayna kəşfiyyatı: “Rusiya əyani təhsil alan tələbələri kütləvi şəkildə səfərbər etmək niyyətindədir”
“Rusiya hakimiyyəti əyani təhsil alan tələbələri kütləvi şəkildə səfərbər etmək niyyətindədir”.
NUHÇIXAN İnformasiya Agentliyi “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Bildirilib ki, Rusiyada səfərbərliyin növbəti dalğası üçün hazırlıqlar görülür: “Novosibirsk Dövlət Pedaqoji Universiteti, Tomsk Politexnik Universiteti, Tomsk Dövlət Pedaqoji Universitetində artıq hazırlıqlar başlayıb”.
Məlumata görə, Rusiyada səfərbərlik aprelin 1-dən - hərbi xidmətə yaz çağırışının başlanmasından əvvəl həyata keçiriləcək və lazım gələrsə, çağırışın başlanması gecikdirilə bilər.
Qeyd edək ki, daha əvvəl Britaniya kəşfiyyatı və ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiyada səfərbərliyin növbəti dalğasının qaçılmaz olduğunu bildirmişdi.