Xerson şəhəri raket atəşinə tutulub, ölənlər və yaralananlar var

A- A A+

Rusiya ordusunun növbəti raket hücumu nəticəsində Ukraynanın Xerson şəhərində güclü partlayışlar baş verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin “Telegram”da yazıb.

Qeyd olunub ki, raket zərbələri zamanı çoxlu sayda ölən və yaralanan var.

Sakinlərin sığınacaqlarda və digər təhlükəsiz yerlərdə qalmasına çağırış edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: