ABŞ-ın Moskvadakı səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya Xarici İşlər Nazirliyi rəsmi Vaşinqtonun Ukraynadakı hərbi əməliyyatlarda iştirakına görə ABŞ səfirinə etiraz notası təqdim olunub.
Vurğulanıb ki, ABŞ-ın bütün sahələr üzrə Rusiya ilə qarşıdurmanı dərinləşdirməyə yönəlmiş aqressiv kursu əks effekt verir.
Qeyd olunub ki, Rusiya “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlara görə ABŞ-dan izahat istəyib.