Rusiya “Nüvə silahlarına nəzarət” haqqında müqavilədəki iştirakını birtərəfli qaydada dayandırır

A- A A+

Rusiya “Nüvə silahlarına nəzarət” (CHB-3) haqqında müqavilədəki iştirakını birtərəfli qaydada dayandırır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bu gün Federal Məclisə ünvanlandığı müraciətində deyib. V.Putin bildirib ki, ABŞ bu müqaviləyə əsaslanaraq, Rusiyaya məxsus hərbi obyektləri yoxlamağa çalışır.

Qeyd edək ki, SSRİ və ABŞ arasında ilk dəfə 1972-ci ildə nüvə silahının yayılmasının qarşısının alınması məqsədi ilə CHB-1, 1979-cu ildə isə nüvə silahının kosmosa daşınmasının qarşısını almaq məqsədi ilə CHB-2 imzalanıb. SSRİ dağıldıqdan sonra Rusiya ilə ABŞ arasında 2009-cu ildə CHB-3 müqaviləsi bağlanıb. Müqavilədə nüvə obyektlərinə qarşılıqlı nəzarət etmək, nüvə başlıqlı raketlərin sayını azaltmaq kimi öhdəliklər var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: