Türkiyənin BMT-dəki yeni nümayəndəsi etimadnaməsini Quterreşə təqdim edib

A- A A+

Türkiyənin Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Sedat Önal etimadnaməsini BMT-nin Baş katibi Antoniu Quterreşə təqdim edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, BMT Baş katibi diplomata yeni fəaliyyətində uğurlar diləyib.

Qeyd edək ki, səfir Önal 2007-2009-cu illərdə Türkiyənin Vyanada baş konsulu, 2012-2016-cı illərdə isə Türkiyənin İordaniyadakı səfiri vəzifələrində çalışıb. O, 2009-2012-ci illərdə Xarici İşlər Nazirliyinin Yaxın Şərq Departamentində baş direktor müavini, daha sonralar isə xarici işlər nazirinin müavini vəzifələrində çalışıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: