Gələn il ABŞ NATO-nun sammitinə ev sahibliyi edəcək

A- A A+

2024-cü ildə ABŞ NATO-nun sammitini keçirəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, bunu Polşada səfərdə olan ABŞ Prezidenti Cozef Bayden Varşavada çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, Ukrayna özünü müdafiə etdiyi müddətdə ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə onu dəstəkləməkdə davam edəcək. “Gələn il mən NATO-nun bütün üzvlərini ABŞ-da keçiriləcək sammitdə qəbul edəcəyəm. Biz birlikdə dünya tarixində ən güclü müdafiə ittifaqının 75-ci ildönümünü birlikdə qeyd edəcəyik”, - deyə ABŞ lideri bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: