Çində doğum sayını artırmaq üçün yeni evlənənlərə evlilik məzuniyyəti veriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi "Asia One" nəşrinə istinadən xəbər verir ki, məzuniyyət günlərinin sayı əyalət rəhbərliyi səviyyəsində müəyyən ediləcək. Məsələn, Qansu və Şansidə yeni evlənənlərə 30 gün, Şanxayda 10 gün, Siçuanda isə 3 gün məzuniyyət veriləcək.
Ekspertlər hesab edirlər ki, Çində doğum səviyyəsinin düşməsi 1980-2015-ci illərdə ölkədə qüvvədə olan “Bir uşaq” siyasəti ilə bağlıdır. Bundan əlavə, təhsil xərclərinin kəskin artması da bir çox çinlinin ümumiyyətlə uşaq sahibi olmaq istəməməsinə səbəb olub.