Ukrayna Prezidenti G7 liderlərinin onlayn sammitinin açılışında iştirak edəcək

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski G7 liderlərinin fevralın 24-nə planlaşdırılan onlayn-görüşünün açılışında iştirak edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hirokadzu Matsuno deyib.

“Böyük yeddilik” liderlərinin danışıqlarında Ukrayna mövzusunun üstünlük təşkil edəcəyinə əminliyini ifadə edən Baş nazir görüşün gündəliyi barədə təfərrüatları açıqlamayıb. “Tokio Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi və Ukraynaya dəstəyin artırılması ilə bağlı müzakirələri önə çəkəcək”, - deyə Hirokadzu Matsuno bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenskini “Böyük yeddilərin” onlayn-sammitinə dəvət etmək barədə qərar Yaponiyanın Baş naziri Fumio Kişida tərəfindən qəbul olunub.

Xatırladaq ki, bu il G7 qrupuna Yaponiya sədrlik edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: