Çində çökən kömür mədənindən iki nəfərin meyiti çıxarılıb

A- A A+

Çinin Daxili Monqolustan muxtar rayonunda çökən kömür mədənindən 6 nəfər sağ, 2 nəfər isə ölü olaraq çıxarılıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Bu işlərə 330 nəfər canlı qüvvə, 130-a yaxın texnika cəlb olunub.

Çin Xalq Respublikasının Sədri Si Cinpin axtarış-xilasetmə işlərinin sürətlə aparılması barədə müvafiq qurumlara göstəriş verib.

Qeyd edək ki, bədbəxt hadisə Alşa adlı ərazidə günorta vaxtı baş verib. Hadisə baş verəndə mədəndə 50-dən çox işçi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: