Yazın ortalarından sonunadək hərbi əməliyyatlarda “dönüş nöqtəsinin” olacağı həlledici döyüşlər baş verəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ukraynanın Baş kəşfiyyat idarəsinin rəhbəri Kirilo Budanov “Forbes” jurnalına müsahibəsində deyib.
Ötən həftə ABŞ-ın müdafiə naziri Lloyd Ostin NATO ölkələrinin hərbi qurum rəhbərlərinin Brüsseldə baş tutan iclasının nəticələrinə dair keçirilən mətbuat konfransında Kiyevin Qərb silahları hesabına təşəbbüsü ələ alacağına ümid etdiyini bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorius isə öz növbəsində “Bloomberg” agentliyinə verdiyi müsahibədə yaxın həftələrin Ukrayna üçün həlledici olacağını vurğulayıb.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri Rusiyaya qarşı analoqu olmayan sanksiyalar tətbiq edib və Ukraynanı silahlandırmağa başlayıb.