Fransada sudan istifadəyə mart ayından məhdudiyyət qoyula bilər

A- A A+

Növbəti yay quraqlığına hazırlaşan Fransada mart ayından etibarən sudan istifadəyə sərt məhdudiyyət qoyula bilər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Fransanın ekologiya naziri Kristof Beşyu Franceinfo TV telekanalının efirində bildirib. Onun sözlərinə görə, fevralın 23-də quraqlıq xəbərdarlığı üzrə komitənin, ertəsi gün isə bütün milli ərazi rəhbərlərinin iştirakı ilə iclas keçiriləcək.

Son 32 gün ərzində ölkədə demək olar, yağış yağmayıb. Hazırkı quraqlıq 1959-cu ildən bəri ən güclü quraqlıqdır. Bu səbəbdən yayda yarana biləcək çətin vəziyyətdən yayınmaq üçün sudan istifadəyə sərt məhdudiyyətlər qoyulması gündəmə gəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: