Ermənistanda əsgərin ölümü ilə bağlı iki hərbçi həbs olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin əsgəri Ayk Aramoviç Petrosyanın ölümü ilə bağlı iki nəfər həbs edilib.

Məlumata görə, adı açıqlanmayan hərbi qulluqçu dünən həbs olunub. Bundan əvvəl döyüş növbətçiliyi üzrə vəzifəyə cavabdeh olan daha bir hərbi qulluqçu saxlanılıb.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi fevralın 19-da saat 12:45 radələrində çağırışçı A.Petrosyanın döyüş növbətçiliyi zamanı meyitinin aşkarlandığını xəbər verib. Onun başında güllə yarası aşkarlanıb.

Hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş verib. İlkin məlumata görə, o, tabeliyindəki avtomatdan açılan atəşdən ölüb.

Faktla bağlı Ermənistanın Cinayət Məcəlləsinin bir neçə maddəsi (ehtiyatsızlıqdan hərbi qulluqçunu özünü öldürmə həddinə çatdırma), (komandirə qarşı zorakılıq və ya zor tətbiq etmə hədəsi), (hərbi qulluqçunu təhqir etmə) üzrə cinayət işi başlanıb.

Qeyd edək ki, yanvarın 30-da da Ermənistanın Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri də güllə yarası alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: