Finlandiya Ukraynaya üç Leopard tankı verəcək

A- A A+

Finlandiya hökuməti Ukraynaya 160 milyon avro (təqribən 169 milyon ABŞ dolları) dəyərində yeni hərbi yardım paketi ayırmağı qərara alıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yeni yardım paketi çərçivəsində Finlandiya Müdafiə Nazirliyinin arsenalından üç Leopard tankı Ukraynaya göndəriləcək. Yardım paketi, həmçinin ukraynalı hərbçilər üçün Leopard tanklarından istifadə üzrə xüsusi kursların təşkilini nəzərdə tutur.

Bundan əlavə, Finlandiya Ukrayna tərəfinə bəzi ağır silahlar və sursat da göndərəcək.

Finlandiya Müdafiə Nazirliyinin məlumatına əsasən, Kiyevə ağır zirehli texnikanın verilməsi barədə qərar hökumətin müvafiq təklifi əsasında ölkə prezidenti Sauli Niinistö tərəfindən qəbul edilib.

Yeni yardım paketi də daxil olmaqla, Finlandiya Ukraynaya indiyədək ümumi dəyəri 750 milyon avrodan çox olan hərbi yardım ayırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: