İsveç növbəti yardım paketi çərçivəsində müəyyən sayda “Leopard 2” döyüş tanklarının arsenalından Ukraynaya verilməsini nəzərdən keçirməyə hazırdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə yerli jurnalistlərə açıqlamasında İsveçin müdafiə naziri Pol Yonson məlumat verib.
İsveç keçən il müharibə başlayandan bəri hərbi və mülki yardım paketləri çərçivəsində Ukraynaya böyük həcmdə silah, sursat və müxtəlif humanitar yardımlar göndərib. Bu yardımların ümumi dəyəri bir milyard avronu ötüb.
İsveçin son yardım paketinə piyadaların döyüş maşınları daxil olub. Müdafiə nazirinin sözlərinə görə, quruda döyüş texnikası ilə təmin edilmə krallığın Ukraynanın təhlükəsizliyinə əsas töhfəsi olacaq. Bu səbəbdən yaxın vaxtlarda elanı gözlənilən növbəti paketə ciddi ehtiyac duyulan tanklar da daxil ola bilər.