Gürcüstanda prezident seçkilərində səsvermə başa çatıb, bütün seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb.
NUHÇIXAN-ın məlumatına görə, Mərkəzi Seçki Komitəsindən bildiriblər ki, yerli vaxtla saat 17:00 üçün seçicilərin iştirekı 38,6 faiz təşkil edib.
Xatırladaq ki, Gürcüstanın Mərkəzi Seçki komitəsi perzident seçkilərində səs vermək üçün 3705 seçki məntəqəsi yaradıb. Bundan əlavə 41 xarici ölkədə 55 məntəqə açılıb.