Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) Suriyada həyata keçirdiyi əməliyyat nəticəsində ötən il İstanbulun Beyoğlu rayonunda törədilən partlayışda əsas rol oynayan PKK/YPG terror təşkilatının üzvü Xəlil Menci zərərsizləşdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, o, fevralın 22-də MİT əməkdaşları tərəfindən Suriyanın sərhədyanı Qamışlı rayonunda həyata keçirdiyi xüsusi əməliyyat zamanı məhv edilib.
Xatırladaq ki, 2022-ci il noyabrın 13-də İstanbulun İstiklal Caddesində törədilən partlayış nəticəsində altı nəfər həlak olub, 81 nəfər isə yaralanıb. Təhqiqat çərçivəsində saxlanılan 60 nəfərdən 20-si, o cümlədən terror aktını icra edən qadın həbs olunub.