Mixaylo Podolyak Çinin Ukraynadakı münaqişənin həlli planını tənqid edib

A- A A+

"Yalnız atəşkəsin təmin edilməsi və nəticədə yeni təmas xəttinin yaradılmasının nəzərdə tutulduğu istənilən “sülh planı” münaqişənin dondurulmasına və Ukraynanın uduzmasına səbəb olacaq".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə Çinin Ukrayna böhranının həlli üçün təklif etdiyi plana münasibət bildirərkən yazıb.

“Ukraynanın mövqeyi məlumdur: Rusiya qoşunlarının 1991-ci il sərhədlərinə çıxarılması”, - o qeyd edib.

Xatırladaq ki, Çin Xarici İşlər Nazirliyi (XİN) Ukrayna böhranının siyasi həlli üçün 12 bəndlik təkliflər dərc edib. Bu sənədlər rəsmi Pekin tərəfləri atəşi tezliklə dayandırmağa və birbaşa dialoqu bərpa etməyə çağırıb. Çin XİN hesab edir ki, danışıqlar Ukrayna böhranından yeganə real çıxış yoludur və bunun fonunda problemin sülh yolu ilə həlli üçün bütün səylər təşviq edilməli və dəstəklənməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: