XİN: Rusiya Ukraynada hərbi əməliyyatın məqsədlərinə diplomatik vasitələrlə nail olmağa hazırdır

A- A A+

Rusiya Ukraynada hərbi əməliyyatın məqsədlərinə siyasi-diplomatik vasitələrlə çatmaq üçün danışıqlara hazırdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Çinin Ukrayna münaqişəsinin nizama salınmasına dair təkliflərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bunun üçün Ukraynaya silah ixracı və döyüş əməliyyatları dayandırılmalı, Ukrayna bloklara qoşulmamalı, yeni ərazi reallıqlarını qəbul etməlidir. M.Zaxarova əlavə edib ki, nizamasalma üçün başlıca maneə Ukrayna Prezidentinin ötən il imzaladığı V.Putin ilə danışıqlar aparılmasının mümkünsüzlüyünə dair fərmandır.

Rusiya XİN Çinin Ukrayna böhranın nizama salınmasına dair təkliflərini yüksək qiymətləndirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: