Bayden 2024-cü il seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb

A- A A+

ABŞ Prezidenti Co Bayden 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, o, bu barədə ABC telekanalına müsahibəsində deyib.

“Lakin kampaniyaya başlamazdan əvvəl mənim yaxın gələcəkdə tamamlamalı olduğum çox iş var”, - deyə o vurğulayıb.

80 yaşlı Bayden bildirib ki, yaşını seçkilərdə iştirak planlarına təsir edə biləcək amil hesab etmir.

Qeyd edək ki, respublikaçı keçmiş prezident Donald Tramp da 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlamışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: